MARAQLI: Türkiyədə buz muzeyi insanların axın etdiyi yerlərdən biridir / FOTOLAR

  • By admin
  • 25 May 2023 12:10

Türkiyənin qış turizminin paytaxtı olan Ərzudumda 3 il öncə qurulan Ata Buz Muzeyi dörd fəsil yerli və əcnəbi qonaqların axın etdiyi yerlərdən biridir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, -5 dərəcədə qonoa qəbul edən muzey Türkiyədə tək bu tipli yerdir.

Heykəllər, buzlu əl işləri və sənət əsərlərinin olduğu Buz Muzeyi universitet, doktorantura tələbələri və məktəblilərin səfər etdiyi yerlər sırasındadır.

Son 3 ildə 100 mindən çox ziyarətçinin gəldiyi bu muzeydə buzdan düzəldilmiş fərdi və yığma əsərlər sərgilənir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info