Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib

  • Müəllif: Firuzə
  • 28 İyul 2026 22:24

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Gununsesi.info- ya veirlən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən xilasetmə əməliyyatı sayəsində vətəndaş – 2009-cu il təvəllüdlü Ağazadə Rahil Tarıyel oğlu xilas edilib.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş – 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Gununsesi.info