Milli Məclisdə bu xəstəliklərlə bağlı dinləmələr keçiriləcək

  • By admin
  • 19 Yanvar 2022 09:54

Milli Məclisin yaz sessiyasında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirə ediləcək.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Səhiyyə komitəsi tərəfindən hazırlanan qanun layihəsi 2022-ci ilin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib.

Bundan başqa, sessiya müddətində onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri, optika və optikaçılıq, həmçinin ürək və qan dövranı çatışmazlığı xəstəliklərinə dair dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Gununsesi.info