Milli Məclisin növbəti iclası başladı

  • Müəllif: Firuzə
  • 30 İyun 2026 11:17

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.

Gununsesi.info xəbər verir ki, iclasın gündəliyində “Metrik Konvensiya”nın ratifikasiyası, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi daxil olmaqla ümumilikdə 14 məsələ var.

İclas spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.

Gununsesi.info