SOS MMC bir qrup media orqanını mükafatlandırıb

Azərbaycanda Milli Mətbuat Günü münasibətilə SOS MMC bir qrup media nümayəndəsinin rəhbəri ilə birlikdə tədbir təşkil edib.

Tədbirdə çıxış edən SOS MMC-in rəisi Anar Məmmədov bildirdi ki, rəhbəri olduğu xidmət Azərbaycanda media quruluşları ilə yaxından əməkdaşlıq edir.

 

Onun sözlərinə görə, ölkədə mühafizə etdikləri neft-qaz ərazilərində qanunsuz tikinti aparan insanlarla aralarında bəzən müəyyən mübahisələr düşür:

“Bizə lazımdır ki, bu cür hadisələr cəmiyyətə obyektiv, hərtərəfli çatdırılsın. Bir çox hallarda haqsız münasibətlə üzləşmişik.Ona görə də biz son bir neçə ildə media qurumları ilə əməkdaşlığımıza xüsusi önəm vermişik. Məhz bunun nəticəsidir ki, bizim fəaliyyətimiz haqqında artıq obyektiv xəbərlərə rast gəlmək olur.”

Anar Məmmədov, həmçinin çıxışında Azərbaycan dövlətinin mediaya dəstəyindən danışıb. Onun sözlərinə görə, medianın mövcudluğu dövlət üçün prioritetdir.

Tədbirdə çıxış edənlər də əməkdaşlığa görə Anar Məmmədova təşəkkür ediblər.

Anar Məmmədov rəhbərlik etdiyi xidmətə ötən dövr ərzində 44 Günlük Vətən Müharibəsi iştirakçılarından 200-ə yaxın şəxsi işə qəbul etdiklərini deyib.

O, həmçinin xidmətin sosial layihələrdə yaxından iştirak etdiyini də bildirib:

“Müxtəlif bayram, tədbir və anım günlərində biz şəhid ailələrini, qaziləri unutmuruq. Hər zaman onların yanındayıq. Bu gün də sıralarımızda qazi qardaşlarımız çalışır. Eyni zamanda bizim sıralarımızdan 44 günlük Vətən Müharibəsində şəhid olanlar da olub. Biz çalışırıq ki, elan etdiyimiz vakansiyada daha çox şəhid ailələrinə və qazilərə üstünlük verək”.

Qeyd edək ki, tədbirdə Gununsesi.info– xəbər saytı da xüsusi plaketlə təltif olunub.

 

 

Şəbnəm

Gununsesi.info