Mingəçevirdə sərnişin avtobusu minik avtomobili ilə toqquşdu, xəsarət alan var

  • By Ayshan
  • 17 Noyabr 2025 21:41

Mingəçevirdə sərnişin avtobusu ilə minik avtomobili toqquşub, yaralanan var.

Gununsesi.info xəbər verir ki,  8 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusunun “Mersedes” markalı minik maşını ilə toqquşması nəticəsində minik maşınında olan 40 yaşlı sərnişin Ceyhun Məmmədov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info