Mingəçevirdə köhnə tikilidə yanğın - Fotolar

Bu gün Mingəçevirdə yaşayış binasında yanğın baş verib.

 

Gununsesi.info xəbər verir ki, şəhərin H.Hüseynov küçəsində yerləşən köhnə tikilidə iki mənzil yanıb.

 

Hadisə zamanı xəsarət alan olmayıb. Evlərə yalnız maddi olaraq ziyan dəyib.

 

FHN-nin DYMX-nin Mingəçevir yanğından mühafizə hissəsinin hadisə yerinə göndərdiyi briqadanın müdaxiləsi ilə yanğının qarşısı alınıb.