Mingəçevirdə avtomobil motosikllə toqquşdu - xəsarət alan var

  • By Günel
  • 12 Mart 2025 21:28

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, “Mersedes” markalı minik avtomobili motosikllə toqquşub.

İnsident Gəncə şosesində yerləşən kafelərdən birinin yaxınlığında baş verib. Hadisə zamanı motosikli idarə edən 1977-ci il təvəllüdlü Mehman Səfərov xəsarət alıb.

O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info