Mustafa Ceceli Bakıda iş adamının toyuna gəldi -VİDEO

Türkiyənin tanınmış müğənnisi Mustafa Ceceli Bakıda dəbdəbəli toy mərasimində iştirak edib.

Gununsesi.info xəbər verir ki, Nəsib Nurun aparıcılıq etdiyi tədbirdə Mustafa həm öz hitlərini, həm də Azərbaycan mahnılarını səsləndirib.

Cecelidən əlavə toyda Xalq artisti Aygün Kazımova, Əməkdar artist Ədalət Şükürov, müğənnilər Günel Zeynalova, Tunar Rəhman da səhnə alıb.

Sözügedən sənətçilərin naxçıvanlı iş adamının məclisində çıxış etdiyi bildirilir. Toy sahibinin kimliyi isə mətbuatdan gizli saxlanılır.

Gununsesi.info