NATO Yaxın Şərqdə hərbi əməliyyatların artması səbəbindən İraq ordusu üçün təlim missiyasını müvəqqəti olaraq geri çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “France-Presse” (AFP) agentliyinin İraq mənbəsinə istinadən məlumat yayıb.
“Bu, qüvvələrin müvəqqəti geri çəkilməsidir. Onlar vəziyyətdən narahatdırlar” – məlumatda qeyd olunur.
Adı açıqlanmayan NATO sözçüsü agentliyə bildirib ki, alyansın İraqdakı missiyası yenidən qruplaşdırılıb: “Bu missiya qeyri-döyüş xarakteri daşıyır və İraq Silahlı Qüvvələri üçün zabit və mütəxəssislərin hazırlanmasını hədəfləyir”.












