Nazarbayevin qızı deputat mandatından məhrum edilə bilər

  • By admin
  • 16 Fevral 2022 14:41

Hakim “Nur Otan” partiyası Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın deputat mandatından məhrum edilməsi məsələsini qaldıra bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Nur Otan” partiyasından seçilən deputat Aydos Sarım bildirib.

O, Dariqa Nazarbayevanı Qazaxıstan parlamentindəki mandatdan məhrum edilməklə hədələyib və qeyd edib ki, müvafiq məsələ Maclisin (parlamentin aşağım palatası) “Nur Otan” fraksiyasının iclasında qaldırıla bilər.

“Heç olmasa o işə gəlsin, fraksiyanın iclasında iştirak etsin, sonra məsələ müzakirə olunacaq”, – deputat çıxışına aydınlıq gətirib.

Gununsesi.info