NBC: ABŞ konsulluqları bağlaya bilər

ABŞ Dövlət Departamenti büdcəni optimallaşdırmaq məqsədilə bir sıra ölkələrdəki konsulluqları bağlamağı düşünür. Bu ölkələr arasında Sakit Okean regionu, Kanada, Meksika və Avropadakı bəzi ölkələr, o cümlədən Almaniya və Fransa da var.

Gununsesi.info xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.

Bildirilib ki, konsulluqların bağlanması məsələsi artıq ABŞ prezidenti Donald Tramp tərəfindən müzakirə olunub, amma bu təşəbbüsün nə vaxt həyata keçiriləcəyi ilə bağlı hələ qərar verilmayıb. Dövlət Departamenti konsulluqlardan fəaliyyətləri barədə məlumat tələb edib.

Trampın andiçmə mərasimindən sonra, Elon Maskın rəhbərlik etdiyi Dövlətin Effektivliyinin Artırılması Agentliyi (DOGE) ABŞ büdcəsinin geniş yoxlanılmasına başlayıb. Bu yoxlamanın məqsədi dövlət xərclərini iki trilyon dollar azaltmaqdır.

Əvvəlki məlumatlara görə, ABŞ Administrasiyasının Ümumi Xidmətlər İdarəsi (GSA), ABŞ hökumətinin əsas funksiyalarını idarə edən qurum, Trampın tapşırığı ilə media ilə bütün müqavilələri ləğv edəcək.

Günay

Gununsesi.info