İlk dəfə Azərbaycan tamaşaçısının qarşısına çıxan sənətçi həm çox həyəcanlı, həm də bir o qədər sevincli idi.
Maraqlıdır, Nilüfər Azərbaycana gəlməmişdən öncə azərbaycanlı tamaşaçıların musiqi zövqünü və istəyini öyrənə bilibmi?
Bu suala cavabında müğənni Gununsesi.info-ya açıqlamasında belə deyib:
“Əlbəttə, bu barədə kiçik də olsa azərbaycanlı tamaşaçıların istəyini və təəssüratlarını sosial şəbəkələr vasitəsilə araşdırmışam. İnsanların, xüsusilə də 80–90-cı illərin izləyicilərinin sevgisinin daha çox olduğuna əminəm. Bütün azərbaycanlı tamaşaçılar mənim üçün çox doğmadır”.
Şəbnəm













