Novxanıda iki yeniyetmənin batmasının təfərrüatı məlum olub. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.
Hadisə ilə bağlı danışan valideynlərdən biri deyib ki, yeniyetmələr gecə saat dörd radələrində dənizə gediblər:
“Yeyib-içdikdən sonra çimməyə gediblər. Bu zaman suda batıblar. Dostları onları çıxarmağa çalışıb, amma mümkün olmayıb”.
Yeniyetmələrdən birinin anası isə göz yaşları içində fəryad edib: “Bircə balamı istəyirəm, ona kömək edin. Dostu əsgər gedirdi, ona görə yola salmağa gəlmişdi”.
Baha ətraflı Baku TV-nin videomaterialında:
Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 2 nəfərin adları məlum olub.
Gununsesi.info xəbər verir ki, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Tacir Azad oğlu Kosayev və Aqil Nahid oğlu Novruzovdur.
Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.
Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.












