Onların vəzifədə qalması absurddur

  • By admin
  • 06 Oktyabr 2022 11:12

Korrupsiya və rüşvət əməllərinə görə mühakimə olunan nazir və icra başçılarının məhkəmə prosesində bir məqam diqqətdən yayınmır.

Belə ki, həmin proseslərdə mühakimə olunan sabiq məmurların tabeçiliyində çalışan işçiləri məhkəmə ifadələrində rüşvət aldıqlarını və rəhbərə çatdırdıqlarını etiraf edir.

Rüşvət əməliyyatlarında birbaşa iştiraklarını açıq şəkildə dilə gətirmələrinə baxmayaraq, bu gün də həmin şəxslər əvvəlki vəzifələrində çalışırlar.

Gununsesi.info -ya açıqlamasında deputat Faizl Mustafa həmin şəxslərin vəzifədə qalmasınıqanunsuz  hesab etdiyini deyib: “Onlar cinayət prosesinin iştirakçısı hesab olunur. Nəinki qanunsuz göstərişi icra etmək, hətta qanunu bilməmək belə, insanı məsuliyyətdən azad etmir. Hansısa əməlin məsuliyyət yaratmasını bilməməyin özü də məsuliyyətdən azad eləmir. Mən bilmirdim, ona görə eləmişəm – hüquqda belə bir prinsip yoxdur. İcra başçısının göstərişiylə qanunsuzluq ediblərsə belə, yenə məsuliyyət daşıyırlar. Qanuni əmrləri icra etməyə borcludurlar, qanunsuz yox. Onların vəzifədə qalması absurddur, çünki cinayət prosesinin iştirakçılarıdır”.

 

Günay

Gununsesi.info