Ötən il ölkədən 5 milyard dollar çıxarılıb

  • By admin
  • 18 Mart 2022 12:27

Azərbaycan Mərkəzi Bankı bildirir ki, 2021-ci ildə Azərbaycandan kapital axını 5 milyard 52,4 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, bu, 2020-ci illə müqayisədə 2,1 dəfə çoxdur.

ÜDM-in həcmi 48, büdcəsi 18 milyard dolalr olan ölkə üçün bu həcmdə kapital çıxışı kifayət qədər böyük rəqəmdir. Maraqlıdır, Azərbaycandan bu həcmdə vəsaitlər hara gedir?

İqtisadçı Natiq Cəfərli “Azpolitika”ya bildirib ki, Azərbaycandan kapital axınının artması bir çox səbəblərlə bağlıdır.

Ekspertin sözlərinə görə, Azərbaycandan dividentlər qazanan qeyri rezidentlərin gəlirlərinin artması və onların bir hissəsinin ölkədə çıxarılması bura aid edilə bilər:”Çünki neft sektorunda xidmət göstərən qeyri-rezidentlərin gəlirləri artıb. Bu, neftin dünya bazarında yüksək qiymətlərə satılması ilə bağlıdır. Onların bir çoxu da gəlirlərini ölkədən çıxarırılar”.

N.Cəfərli deyir ki, ölkədə investisiya mühtinin yaxşı olmaması da nəticə etibarı ilə kapitalın ölkədən çıxrılmasına, Türkiyə, Gürcüstan kimi ölkələrin iqtisadiyyatına yatrılmasına səbəb olur: “Türkiyənin əmlak reyestr xidməti dəfələrlə açıqlama verib ki, Azərbaycan vətəndaşları daşınmaz əmlak alışında ya ilk üçlükdə, yaxud birinci beşlikdə yer alırlar. Bu da kifayət qədər ciddi göstəricidir”.

İqtisadçı hesab edir ki, ölkədə investisiya şəraiti yaxşı olmadıqca kapitalın axını davam edəcək: “Ölkədə normal iqtisadi mühit olsaydı bu vəsaitlərin böyü bir qismi kiçik və orta sahibkarlığa, digər iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinə investisiya şəkilində qoyula bilərdi”.

 

Gununsesi.info