Rus desantlar Ukraynada belə pusquya salındı - ANBAAN VİDEO

  • By admin
  • 18 Mart 2022 12:28

 

Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bir qrupu rəqib xəttinin arxasına keçərək rusları pusquya salıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Xüsusi Əməliyyat Qüvvələrinin rəsmi səhifəsi məlumat yayıb.

“Xüsusi Əməliyyat Qüvvələri Yeni nəsil Yüngül Tank Əleyhinə Silahdan (NLAW) dəqiq atəşlə Rusiya 35-ci ordusunun rəsmi nümayəndəsi ilə “Tiqr” zirehli döyüş maşınını məhv edib. Həmçinin TM-62-nin uzaqdan partladılması nəticəsində BTR-82 desant qüvvəsi sıradan çıxarılıb” – məlumatda deyilir.

Bundan əvvəl Ukrayna Xüsusi Əməliyyat Qüvvələri rusları döyüşdə məğlub edərək “Fara” portativ radarını ələ keçirib. Bu portativ radiolokasiya stansiyası kəşfiyyat, insanları və avadanlıqları aşkar etmək, müəyyən edilmiş hədəflərə atəşi yönləndirmək və nizamlamaq üçün nəzərdə tutulub.

Gununsesi.info