Ötən sutka 51 yanğına çıxış olub - FHN

  • By admin
  • 25 İyun 2022 12:54

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər xilas edilib, Şəki şəhərində “ЗИЛ” markalı yük avtomobilinin aşması nəticəsində 1963-cü il təvəllüdlü Mahir Zakir oğlu Hacırəhimov un meyiti deformasiyaya uğrayan avtonəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info