Özünü yandıran qazimiz vəfat etdi

  • By admin
  • 15 Sentyabr 2022 09:43

Bir neçə gün əvvəl Xəzər rayonunda yerli rəhbərliyin ədalətsizliyinə dözməyərək özünə od vuran qazimi Elnur Rüstəmov vəfat edib.

Bu barədə Gununsesi.info-ya onun yaxınları bildirib.

Məlumata görə, Elnur Rüstəmov Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsində müalicə alırdı.

Onun bədənin 70 faizi yanmışdı.

Qeyd edək ki, 44 günlük müharibədən sonra intihar edən qazilərin sayı 42-yə çatdı.

Gununsesi.info