Pakistandan İsveçə çağırış: Yanlış qərarları həll edin

  • By admin
  • 05 İyul 2023 16:20

İsveçdə müsəlmanların müqəddəs kitabı olan “Quran”ın yandırılmasından sonra bütün İslam dünyası ölkələri sərt açıqlamalar səsləndirməkdədir. Pakistanda həmin ölkələrin sıralarına qoşulub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Pakistan Sentatının başçısı Muhammed Sadiq Səncari İsveç Parlamenti başçısı Andreas Norlenə İslamla bağlı yanlış qavramların və propaqandaların ortadan qaldırılması çağırışını edib.

Səncari Norlenə yazdığı məktubda inanclar arası ahəngin önəminə vurğu edərək “Quran” kitabının yandırılması kimi olayların ifadə azadlığı çətiri altında aşağılanmasından narahatlığını ifadə edib.

İslamafobik davranışların tez-tez gerçəkləəşdirildiyini söyləyən Pakistan rəsmisi bu cür hörmətsizliklərin kədərləndirici olduğuna vurğu edib.

Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda “Quran” kitabının yandırılması Amerika, Roma Papası, Türkiyə, İran, Rusiya, S. Ərəbistanı, Banqladeş, Malayziya və digər ərəb-müsəlman dünyası ölkələri tərəfindən etirazla qarşılanmışdı.

Tərcümə: Arzu 

Gununsesi.info