Paşinyan həmin sammitdə iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etməyəcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu haqda Paşinyan jurnalistlərlə söhbəti zamanı deyib.

“Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək”, – o qeyd edib.

Paşinyan əlavə edib ki, aprelin 1-də Moskvada keçirdiyi görüşdə qərarını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb. O, Qazaxıstan lideri Kasım-Jomart Tokayevə də məlumat verib.

 

Gununsesi.info