Podolyak: Ruslar nasistlərə bənzəmək istəyirlər!

  • By admin
  • 19 Aprel 2022 19:38

Rusiya işğalçıları dünyaya barbar sivilzasiya olduqlarını sübut etmək istəyirlər.

Gununsesi.info xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Bu gün Rusiya tərəfi “xüsusi əməliyyat”ın ikinci mərhələsinin başlandığını elan etdi. Onlar nasistlərə bənzəmək üçün hansısa simvollarla çıxış etməyi xoşlayırlar. Bu, nasist imperiyasının simvolizmidir. Bizim üçün mülki infrastrukturu dağıdan, dinc sakinləri öldürən rus hərbçilərini hansı dönəmdə məhv etməyimizin fərqi yoxdur”, – deyə Podolyak bildirib.

Gununsesi.info