Portuqaliyada İslam mərkəzinə hücum - Ölən və yaralananlar var

Portuqaliyanın paytaxtı Lissabonda naməlum bir şəxs İslam mərkəzinin ziyarətçilərinə bıçaqla hücum edib.

Gununsesi.info “CNN Portugal”a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, daha bir neçə nəfər isə yaralanıb.

Hücum edən şəxsin əfqan olduğu bildirilir və o, polis tərəfindən saxlanılıb. İnsidentin hansı səbəbdən törədildiyi hələ ki məlum deyil.

 

Gununsesi.info