Prezident: Xankəndi tələbələr şəhəri olacaq

  • Müəllif: Firuzə
  • 15 Sentyabr 2025 16:08

Dünən Tibb fakültəsinin yeni klinikasının açılışını etdik, tələbələrin sayı çoxalacaq, 100 nəfər də tibb klinikasına daxil oldu.

Gununsesi.info xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdə deyib.

 

“Bir neçə ildən sonra orada minlərlə tələbə olacaq. Xankəndi tələbələr şəhəri olacaq”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı olub.

 

Gununsesi.info