Prezident Kəlbəcərli həkimə fəxri ad verdi

  • By admin
  • 09 Aprel 2021 22:19

Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

 

Gununsesi.info Sərəncama əsasən, Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin  aşağıdakı əməkdaşlarına

Azərbaycan Respublikasının fəxri adları verilib.

Onlar arasında Kəlbəcərin tanınmış ziyalısı olan uzun illərin həkimi Malik Şükürov da var.

Sərəncama əsasən Şükürov Malik Əvəz oğlu

“Əməkdar həkim” adına layiq görülüb.

Gununsesi.info