Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Gununsesi.info xəbər verir ki, dövlət başçısı Rusiya Federasiyasının Prezidentini doğum günü münasibətilə təbrik edib.
Vladimir Putin təbriklərə görə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Putnin bu gün 73 yaşı tamam olur.













