PUA-lar İran qərargahına ZƏRBƏLƏR ENDİRDİ: Ölən və yarlananlar var

  • By admin
  • 16 Noyabr 2021 15:35

Bu gün səhər saatlarında hansı güclərə aid olduğu bilinməyən silahlı pilotsuz uçuş aparatları (SİHA) Suriyanın İraqla sərhədindəki Əl-Bukemal bölgəsində İranın dəstəklədiyi qüvvələrin qərargahını vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Hücumlarda bölgədəki qüvvələrə aid bəzi neft quyularının da hədəf alındığı bildirilib. Yerli mənbələrin məlumatına görə, hücumlarda İran tərəfindən vuruşan 3 silahlının öldürüldüyü, 15 nəfərin isə yaralandığı bildirilib.

Oxşar hücumlar əvvəllər də eyni ərazidə həyata keçirilib.

Gununsesi.info