Putin Azərbaycanın konsulluğunu da dağıtdı

  • By admin
  • 07 Mart 2022 00:16

Rusiyanın Ukraynaya faşist hücumu davam edir.

Bir neçə dəqiqə əvvəl Rusiyanın Xarkova raket hücumu Azərbaycanın bu şəhərdəki konsulluğunu dağıdıb.

Gununsesi.info-nun xəbərinə görə, diplomatlarımız təxliyyə olunduğundan itki olmayıb.

Amma konsulluğa məxsus bina raket zərbəsi ilə darmadağın olub.

Bu fakt bir daha onu göstərir ki,Putin üçün hədəf Ukraynanın hansısa hərbi obyektləri deyil.

 

Gununsesi.info