Putin Suriya liderini qəbul edəcək

Rusiya prezidenti Vladimir Putin bu gün Rusiyada işgüzar səfərdə olan Suriya prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Oktyabrın 15-də Rusiya prezidenti Vladimir Putin və Rusiyada işgüzar səfərdə olan Suriya Ərəb Respublikasının prezidenti Əhməd əl-Şara arasında danışıqlar aparılacaq”, – məlumatda deyilir.

Onu da deyək ki, Suriyanın devrilmiş lideri Bəşər Əsəd də Rusiyadadır. Moskva onu sığınacaqla təmin edib.

 

Gununsesi.info