Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev telefon danışığı zamanı aktual beynəlxalq və regional məsələləri müzakirə ediblər.
Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat verir.
Qeyd olunub ki, tərəflər ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini də müzakirə ediblər. Qazaxıstan lideri Vladimir Putinin may ayında respublikaya dövlət səfəri zamanı əldə edilən razılaşmaların ölkələr arasında bütün münasibətlərə əhəmiyyətli təkan verdiyini vurğulayıb.
Bəyanatda deyilir: “İki ölkə hökuməti əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsini təmin edir”.
Mətbuat xidməti iyulun sonunda Omskda keçiriləcək 22-ci Qazaxıstan-Rusiya Regionlararası Əməkdaşlıq Forumuna hazırlıq işlərinə xüsusi diqqət yetirildiyini açıqladı. Bundan əlavə, prezidentlər davamlı işgüzar əlaqələri davam etdirmək barədə razılığa gəldilər.
Maqsud











