Putinin ən yaxın adamı İsrailə qaçdı

  • By admin
  • 18 Aprel 2022 14:55

Rusiya prezidenti Vladimir Putinin ətrafında dövlət sirri daşıyıcılarından biri olan Aleksandr Xloponin öz şəxsi təyyarəsi ilə İsrailə qaçdı.

Gununsesi.info xatırladır ki, A. Xloponin 2001-2002- ci illərdə Taymır Muxtar Vilayətinin, 2002- 2010- cu illərdə Krasnodar diyarının qubernatoru olub. 2010- 2018- ci illərdə Rusiya Baş nazirinin müavini olub. 2018- ci ildə Putin onu oliqarx statusu ilə özəl sektora göndərib və Xloponin Rusiyanın ən varlı şəxslərinin siyahısına keçib. Eyni zamanda, Rusiya hökuməti yanında Maliyyə Universitetinin rektoru təyin edilib. Bu il aprelin 17- də, gecə saatlarında isə aradan çıxaraq İsrailə qaçıb.

Bəzi məlumatlara görə, Aleksandr Xloponin bir müddət əvvəl İsrail vətəndaşlığı da əldə edib.

Gununsesi.info