Qəza səbəbilə Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb

  • By Admin08
  • 05 Sentyabr 2025 21:21

Yasamal rayonu, Bakı Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb.

Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.