Qəzəbli Putin Xarkiv vilayətindəki xəstəxananı vurdurdu

  • By admin
  • 04 Oktyabr 2022 17:22

Rusiya qüvvələri Xarkiv vilayətinin Kupyansk rayonundakı xəstəxananı vurub.

Gununsesi.info bildirir ki, bu barədə Xarkiv vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbov Telegram kanalında bildirib.

Onun sözlərinə görə, bir anestezioloq həkim  ölüb, bir tibb bacısı isə yaralanıb: “Bina birinci mərtəbədən dördüncü mərtəbəyə qədər demək olar ki, tamamilə dağılıb. Xilasedicilər və hüquq-mühafizə orqanları hadisə yerindədir. Zərərçəkənlər barədə məlumat hələ də dəqiqləşdirilir”.

Ukrayna qüvvələri Rusiya ordusu tərəfindən fevral ayında işğal edilən Kupyanskı sentyabrda geri alıb. Kupyansk Donbasdakı Rusiya qoşunlarının təchizatı üçün strateji əhəmiyyətli yer sayılır.

Sinequbov oktyabrın 1-də bildirib ki, Xarkiv vilayətinin Kupyansk rayonunda mülki avtomobillərin güllələnmiş korteji aşkar edilib. Ukrayna təhlükəsizlik xidmətinin məlumatına görə, atışma sentyabrın sonunda Luhansk vilayətinin Rusiya tərəfindən işğal olunmuş Svatovo şəhəri ilə Kupyansk arasındakı “boz” zonada baş verib.

“Sentyabrın sonunda raşistlər 7 maşından ibarət karvanı tamamilə məhv edib. 10-u uşaq olmaqla, azı 20 nəfər həlak olub,” AzadlıqRadiosunun Ukrayna xidməti Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini icra edən Vasili Malyuka istinadən bildirib.

Gununsesi.info