Qalaktikalar arasında naməlum “körpülər” aşkar olunub – FOTO

  • By admin
  • 27 May 2021 10:02

Astrofiziklər qara materiyanın lokal kosmosda yayılmasının yeni modelini hazırlayıb və qalaktikalar arasında indiyədək məlum olmayan naqiləbənzər strukturların  – körpülərin olduğunu aşkar ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “SciTechDaily” elmi nəşri məlumat yayıb.

Məlumata əsasən, yeni model sayəsində müəyyən olunub ki, kainatın 4,9 faizi adi, qalan hissəsi isə qara materiyadan ibarətdir. Sonuncusu kosmosun kütləsinin 85%-ni təşkil edir.

Alimlər bildiriblər ki, qara materiya kainatın dinamikasında üstünlük təşkil edir və məhz o, bizim taleyimizi həll edir.

Gununsesi.info