Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda 800-dən çox iş yeri açılacaq

  • By admin
  • 17 Mart 2023 12:53

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb”.

Gununsesi.info xəbər verir ki, bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.

Baş nazir deyib ki, burada layihələrin həyata keçirilməsinə ümumilikdə 106 mln. manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur, 800-dən çox yeni iş yerlərinin açılması planlaşdırılır: “Kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfatı qeydiyyatdan keçmiş və yerlərə köçürülməsi təşkil edilmişdir. Eyni zamanda 48 min hektar əkinəyararlı torpaq sahəsi müəyyən edilmiş və həmin torpaq sahələrində payızlıq buğda və arpa əkilib. Bütövlükdə, son iki ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ümumilikdə 6,5 mlrd. manat, 2022-ci ildə 4,3 mlrd.manat vəsait yönəldilib.

İşğaldan azad olunmuş ərazilərə verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasına, əhalinin dayanıqlı məskunlaşmasına, məşğulluğa və davamlı iqtisadi aktivliyin təmin olunmasına töhfə verəcək”.

Gununsesi.info