Qarabağda sülhməramlıların yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur

  • By ilhame
  • 24 Yanvar 2024 22:06

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Ermənistana aidiyyatı yoxdur.

 

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, bu, Moskva ilə Bakının öz arasında olan məsələdir.

 

“Qarabağı hər kəs Azərbaycan ərazisi kimi tanıyıb. Bizim orada faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil, bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan məsələdir”, – nazir vurğulayıb.

 

Gununsesi.info