Qaz tankeri partladı: ölənlər var 

  • By admin
  • 30 Oktyabr 2022 10:08

İraqın paytaxtı Bağdadda qaz tankerinin partlaması nəticəsində 3 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə zamanı 10-a yaxın insan yaralanıb.

Bildirilib ki, Bağdadın şərqindəki Bunak bölgəsində qazla dolu tankerin partlamasına texniki nasazlıq səbəb olub.

Partlayış nəticəsində ərazidəki binaya və futbol meydançasına da ziyan dəyib.

Gununsesi.info