Qəzzada ölən jurnalistlərin sayı 227-yə çatıb

  • By Günel
  • 10 İyun 2025 08:43

2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında ölən jurnalistlərin sayı 227-yə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

İsrail ordusunun terrorçulara qarşı keçirdiyi əməliyyat zamanı fotojurnalist Məhəmməd Əbu Əl-Auf ilə yanaşı üç tibb işçisi də həlak olub.

Mərhum fotojurnalist Fələstin anklavında bir neçə media orqanında çalışıb.

Gununsesi.info