Rəmiş sabah dəfn olunacaq

  • By admin
  • 05 Aprel 2021 19:54

Bu gün vəfat edən Xalq artisti, tanınmış gitaraçı Rafiq Hüseynovun (Rəmiş) dəfn olunacağı yer bəlli olub.

 Gununsesi.info  xəbər verir ki, bu barədə  sənətkarın yaxınları məlumat verib.

Bildirilib ki, Rəmişin nəşi Yasamal (“Qurd qapısı”) qəbiristanlığında torpağa tapşırılacaq.

Onunla vida mərasimi keçirilməyəcək. Cənazə 1 saylı Kliniki Mərkəzdən qəbiristanlığa aparılacaq.

Qeyd edək ki, ciyərlərində problem yaranan Rəmiş yanvarın 28-də  xəstəxanaya yerləşdirilmişdi. O, bu gün dünyasını dəyişib.

 Gununsesi.info