Azərbaycanlı veteran futbolçu vəfat etdi

  • By admin
  • 05 Aprel 2021 19:50

Azərbaycanın veteran futbolçusu Hikmət Nəsirov vəfat edib.

Gununsesi.info  “Turan Tovuz” klubunun feysbuk səhifəsinə istinadən xəbər verir ki, sabiq məşqçi 56 yaşında dünyasını dəyişib.

Klubdan verilən məlumata görə, Nəsirov şəkərli diabetdən əziyyət çəkib və bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Hikmət Nəsirov Azərbaycan millisinin sabiq futbolçusu, hazırda klubsuz olan Budaq Nəsirovun atasıdır.

H. Nəsirov UGİM (Tovuz) komandasında məşqçi kimi fəaliyyət göstərirdi. O, futbolçu karyerasında Tovuz təmsilçisi “Məhsul”un formasını geyinib.

Gununsesi.info