Rusiya 220-dən çox ABŞ vətəndaşının ölkəyə girişini qadağan etdi

  • By admin
  • 14 Mart 2024 16:37

Rusiya Xarici İşlər Nazirliyi “rusofobik kursun hazırlanması, həyata keçirilməsi və əsaslandırılmasında iştirak edən” 220-dən çox ABŞ vətəndaşının ölkəyə girişini qadağan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə martın 14-də Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, “söhbət Rusiyanın xarici və daxili siyasəti ilə bağlı düşmən hücumları və ya uydurmaların və açıq böhtanların yayılmasına görə mütəmadi olaraq “işarələnən” icra hakimiyyətində, biznes ictimaiyyətində, media sferasında və akademik dairələrdə olan konkret şəxslərdən gedir”.

Ümumilikdə, hazırda Rusiyanın stop siyahısına 2078 Amerika vətəndaşı daxildir.

Digərləri ilə yanaşı, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Con Sallivana da Rusiya ərazisinə giriş qadağandır.

 

Gununsesi.info