“Rusiya hələ heç nəyə başlamayıb” -Putin

  • By admin
  • 08 İyul 2022 09:58

“Rusiya hələ də Qərbə qarşı mübarizədə ciddi addımlar atmağa başlamayıb”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O, Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə vurğulayıb ki, baş verənlər ukraynalılar üçün faciədir:

“Onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər, qoy buna cəhd etsinlər. Qərb dövlətləri bizimlə sonuncu ukraynalıya qədər vuruşmaq istəyirlər. Bu, Ukrayna xalqı üçün faciədir. Amma onlar bilməlidirlər ki, hələ heç nəyə başlamamışıq”.

Putin əlavə edib ki, Rusiya sülh danışıqlarından imtina etmir, lakin nə qədər uzağa getsə, danışıqlar bir o qədər çətin olacaq.

Gununsesi.info