Rusiya tələb etdi: Quranı yandıranları cəzalandırın

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirib ki, Federasiya Şurası avropalı parlamentariləri İsveçdə Quranın yandırılmasında iştirak edənləri məsuliyyətə cəlb etməyə çağırıb .

Gununsesi.info xəbər verir ki, o, Telegram kanalında Avropa dövlətlərinin hökumətləri və parlamentlərinin “barbar” hərəkətlərinə reaksiya verilməməsinə də diqqət çəkib.

Matvieonko qeyd edib ki, son iclasda rusiyalı senatorlar “İsveç və Hollandiyadakı islamofob hərəkətlərə” etiraz ediblər. “Mən həmkarlarımı dəstəkləyirəm və radikallar tərəfindən Quranın təhqir edilməsini barbarlıq və ksenofobiya kimi qiymətləndirirəm”, – deyə o, günahkarların cəzalandırılmasını istəyib.

Gununsesi.info