Rusiyanın Avropa Şurasından xaric edilməsi bu ölkədə məhbus sayını artıracaq -TƏHLİL

  • By admin
  • 17 Mart 2022 20:08

Rusiyanın 1996-cı ildən üzv olduğu Avropa Şurasından çıxarılması ilə Avropa İnsan Haqları Məhkəməsi Rusiyadan daxil olan şikayətlərə baxılmasını da dayandırıb.
Bu, məhkəmənin iş yükündə nəhəng dəyişiklik yaratmış kimi görünür.

AİHM Rusiyaya çox şey vermişdi – təxminən 20 il ərzində məhbus sayı iki dəfədən çox azalmışdı, məhkəməyə qədər həbs müddətləri və həbs qərarlarının sayı əhəmiyyətli dərəcədə azalmışdı, şikayətlərə ağlabatan müddətdə baxılması ilə bağlı ciddi problemlər aradan qalxmışdı və s…

Rusiya AŞ məkanında AİHM-ə ən çox şikayət edilən ölkə idi. Hər il məhkəməyə məhz bu ölkədən daha çox şikayət göndərilirdi.
Hazırda AİHM-də ümumilikdə 70 minə yaxın şikayət baxılmasını gözləyir, həmin şikayətlərin 17 mindən çoxu məhz Rusiyadan göndərilmiş şikayətlərdir.

AİHM hər il məhz Rusiyaya qarşı daha çox qərar çıxarmalı olurdu – 2021-ci ildə Rusiya qərar sayına görə birinci idi, 232 mahiyyəti üzrə qərar! Mahiyyəti üzrə olmayan qərarların da sayı elə yüzlərlə ölçülürdü.

Rusiya ümumiyyətlə AİHM tarixində barəsində ən çox qərar çıxarılan 2 ölkədən biridir. 1959-cu ildən bəri AİHM ən çox qərarı Türkiyəyə qarşı çıxarıb – 3820 qərar. Baxmayaraq, Rusiya məhkəmənin yurisdiksiyasını 90-cı illərin sonlarında qəbul edib, qərar sayına görə 2-ci ölkə idi – 3116 qərar.

Rusiya həm də şikayətçilərə ən çox təzminat ödəməli olan ölkə idi – 2019-cu ildə 28.5, 2020-ci ildə 11.4, 2021-ci ildə isə 12 milyon avro təzminat ödəmişdi.

İndi Rusiyadan sonra bu ölkəni qeyd edilən neqativ ölüçlər üzrə Türkiyə əvəz etməkdədir.

Hazırda Türkiyə AİHM-ə ən çox şikayət edilən ölkədir. Rusiyaya qarşı verilmiş 17 mindən artıq ərizəni kənara qoysaq, AİHM-də 53 min şikayət baxılmasını gözləyir. Həmin şikayətlərin 15 mindən çoxu Türkiyə ilə bağlıdır – 1 ölkəyə qarşı 15 min, 46 ölkəyə qarşı 38 min şikayət!

AİHM qərarlarının icrasında Rusiya lider deyildi, qərarların 40 faizdən çoxunu icra edən Rusiya 20 faizə yaxın göstəricisi olan Azərbaycandan sonra 2-ci idi. Bundan sonra qərarların icrasında problemləri olan ilk 3 ölkə kimi Ermənsitan, Albaniya və Azərbaycan görünəcək…

Rusiyanın Avropa Şurasından çıxarılması simvolik görünsə də ciddi nəticələri də olacaq:

Avropada işgəncələri və pis rəftarı önləmə Komitəsi (komitə istənilən vaxt xəbərsiz saxlama yerlərini yoxlaya bilərdi) Rusiyanı yoxlaya bilməyəcək.

Konstitusiya və qanunların Avropa Konvemsiyasına uyğunluğunu yoxlayan Venesiya Komissiyası Rusiytanın üzərinə öhdəliklər qoyan qərarlar verə bilməyəcək.

Avropa Şurasının büdcəsi 7-8 faizlik itki verəcək.

Və ən başlıcası, 145 milyonluq rusiyalı bundan sonra AİHM qorumasından məhrum olacaq. Onların əlində bircə vasitə – BMT İnsan Haqları Komitəsi qalır…

Xalid Ağalıyev