Ruslarla əməkdaşlıqdan imtina edən ukraynalı mer İNTİHAR ETDİ

  • By admin
  • 08 May 2022 10:47

Zaporojye vilayətinin Tokmak şəhərinin meri İqor Kotelevski 57 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə u24.ua məlumat yayıb.

Bildirilib ki, qeyri-rəsmi məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun “intihar” versiyasını nəzərdən keçirirlər.

Qeyd edək ki, aprelin ortalarında şəhər işğal olunduqdan sonra Kotelevski vəzifəsindən istefa verib. O, yeni “avtoritet”lə əməkdaşlıqdan imtina etsə də, şəhərdə qalmışdı.

Gununsesi.info