Sərnişinlər ən çox hansı nəqliyyat vasitələrindən istifadə edir?

  • By admin
  • 01 İyun 2022 21:13

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 420,2 milyon sərnişin daşınıb.

Gununsesi.info xəbər verir ki, ilin eyni dövrü ilə müqayisədə sərnişin daşımalarında 18,4 faiz artım qeydə alınıb.

Sərnişinlərin 94,8 faizi avtobus, 5,2 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 19,1 faiz artib. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 63,5 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 463,7 min və ya 2,6 dəfə çox sərnişin daşınıb, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Gununsesi.info