Saakaşvilinin SON DURUMU – Həkimi danışdı

  • By admin
  • 15 Noyabr 2021 12:19

“Eks-prezident bu gün zəif görünsə də, dünəndən fərqli olaraq rahat görüşə bildi”.

Gununsesi.info Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri ötən gecə eks prezident Mixeil Saakaşvili ilə görüşən şəxsi həkimi Nikoloz Kipşidze deyib.

Həkimin sözlərinə görə, Saakaşvili ona bu gün baş tutacaq məhkəməyə gəlməyə və gürcü xalqı ilə danışmağa hazır olduğunu bildirib:

“Bu gün dünəndən fərqli olaraq, o, beşinci mərtəbədən, təbii ki, liftlə enə bildi. Onunla tanışlıq otağında görüşdüm. Dünən onun belə imkanı yox idi. Zəif görünür, amma bir daha təkrar edirəm o, məhkəmə iclasına hazırdır”.

Gununsesi.info