Saatlının deputatı: “Su məsələsi ilə bağlı dəfələrlə məsələ qaldırmışam”

  • By admin
  • 14 Mart 2023 12:28

Saatlı rayonunda sakinlərin su problemi ilə bağlı etirazları artmaqdadır.

Dünən rayonun bir neçə kəndində yaşayan insanları çarəsizlikdən etiraz aksiyası keçirib.

Nəticədə polislə qarşıdırma yaranıb və xəsarət alanlar olub.

Saatlının kəndlərini Milli Məclisdə təmsil edən deputat Əziz Ələkbərli rayondakı vəziyyətlə bağlı Gununsesi.info-ya danışıb.

Onun sözlərinə görə, su problemi daima insanları narahat edən bir problemdir: “Saatlı rayonu elə bir regionda yerləşir ki, orada yeralti çaylar belə yoxdur. Hətta subartizan vurulması  mümkün deyil. . Ona görə də əhali bütün ümidlərini  Araz çayına bağlayıb.  Dəfələrlə  Milli Məclisdə çıxışim zamanı Saatlının su məsələsini qaldırmışam. Bu məsələ  öz həllini tapmalıdır. Araz çayında getdikcə çətin bir vəziyyət yaranıb. Keçən il bu mövzuda Dövlət komissiyası yaradılıb. Görək, necə həlli yolu tapılır”.

Deputat seçildiyi bölgədə qaz məsələsinin də problem olduğunu deyib.

Polislə insanlar arasında baş verən toqquşmaya gəlincə, deputat bu haqda danışmaq istəmədiyini bildirib.

 

Elmar Elnuroğlu

Gununsesi.info