Sabah magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq

  • Müəllif: Firuzə
  • 06 İyun 2026 16:07

Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bu barədə Gununsesi.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 7-də ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Gununsesi.info