Sahil Babayev 17 min vətəndaşın əlilliyini ləğv edib

  • By admin
  • 09 Aprel 2021 21:45

“Əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlanıb və ləğv edilib”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, ötən illər ərzində bu istiqamətdə kifayət qədər işlər görülüb:

“Araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib”.

Nazir bildirib ki, bu işlər ləğv edilməsəydi, təkcə cari il üçün maliyyə yükü 560 milyon manatdan çox olardı…